Главная > Dünya > ABŞ-da 17 ildən sonra ilk dəfə afroamerikalı edam edilib
ABŞ-da 17 ildən sonra ilk dəfə afroamerikalı edam edilib25-09-2020, 07:55. Разместил: azadses |
ABŞ-da 17 ildən sonra ilk dəfə federal səviyyədə mühakimə olunan qara dərili cinayətkar barəsində edam hökmü verilib. “Azad Səs” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 1999-cu ildə iki nəfərin qətlində təqsirli bilinən Kristofer Vialvaya verilən hökm Terre-Hot (İndiana ştatı - Red) şəhərindəki həbsxanada icra edilib. Müttəhimi müdafiə edən vəkil bildirib ki, hakimin qərarına irqçilik təsir edib. Son dəfə ABŞ-da federal səviyyədə edam hökmü 2003-cü ildə verilib. O vaxtdan bəri, ölümcül iynələrin istifadəsi qaydalarının razılaşdırılmaması səbəbindən bir növ qeyri-rəsmi moratorium mövcud idi. Nəşr qeyd edib ki, ölkədə ölüm hökmü son illərdə dövlət səviyyəsində davam edir.Report Вернуться назад |