Главная > Dünya > Qazaxıstanda ölüm hökmü ləğv edildi
Qazaxıstanda ölüm hökmü ləğv edildi24-09-2020, 13:41. Разместил: azadses |
Qazaxıstanda ölüm hökmü ləğv edilib. ''Azad Səs'' Sfera.az-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq BMT-nin mənzil-qərargahında bu ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq pakta İkinci fakultativ protokolunu imzalayıb. Daha sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışı zamanı ölüm hökmünün ləğvi ilə bağlı beynəlxalq protokola qoşulduqlarını elan edib. Qeyd edək ki, Qazaxıstanda ölüm hökmünün icrası 2003-cü ildə müvafiq moratoriumun tətbiqi ilə dayandırılmışdı. Вернуться назад |