Главная > Dünya > Qəza törədən azərbaycanlı repçi həbs olundu
Qəza törədən azərbaycanlı repçi həbs olundu24-09-2020, 08:57. Разместил: azadses |
İki gün əvvəl Moskvanın mərkəzində yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı repçi Elmin Quliyev həbs olunub. ''Azad Səs'' Axşam.az-a istinadən xəbər verir ki, Rusiyanın Tqansk rayon məhkəməsi sənətçinin 2 ay, yəni noyabrın 21-dək həbs olunması haqda qərar qəbul edib. Elmin Quliyev məhkəmədə təqsirini etiraf edib və musiqidən qazandığı gəlirlə zərərçəkənlərə təzminat ödəməyə hazır olduğunu deyib. Repçinin vəkili hakimdən onu ev dustaqlığı şərti ilə azadlığa buraxmağı xahiş etsə də, məhkəmə vəsatəti rədd edib. Qeyd edək ki, 3 şəxsin yaralandığı qəzada bir qızın vəziyyəti daha ağırdır. Qızın iki gün əvvəl ayağının biri, daha sonra isə böyrəklərindən biri kəsilib. Xatırladaq ki, musiqiçinin idarə etdiyi "İnfiniti" markalı avtomobil başqa bir maşınla toqquşub. Elminin idarə etdiyi maşın yoldan çıxaraq səkidəki sərnişinləri vurub. Вернуться назад |