Главная > Dünya > Qonşu ölkədə koronavirusa rekord yoluxma

Qonşu ölkədə koronavirusa rekord yoluxma


22-09-2020, 17:27. Разместил: azadses
İranda koronavirusa gün ərzində rekord yoluxma qeydə alınıb.
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, “İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, ölkədə sutka ərzində 3 712 nəfər koronavirusa yoluxub.
Bunun virusun yayıldığından bəri ən yüksək göstərici olduğu bildirilir.
Gün ərzində virusdan 178 nəfərin öldüyü qeyd olunur.
İranda bu vaxta qədər 429 193 nəfərdə koronavirus aşkarlanıb. Virusa yoluxan 24 656 nəfər ölüb, 363 737 nəfər isə sağalıb.

Вернуться назад