Главная > Dünya > Rus seriallarının ulduzu qəzada öldü - FOTO

Rus seriallarının ulduzu qəzada öldü - FOTO


22-09-2020, 09:22. Разместил: azadses
Rus teatr və kino aktyoru Dmitri Julin Vladimir vilayətindəki qəzada ölüb.
''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı mk.ru nəşri yayıb.
Qəza vilayətin Qus-Xrustalnı rayonunda meydana gəlib, 43 yaşlı aktyor qəzanın yeganə qurbanı olub, başqa bir nəfər xəstəxanaya qaldırılıb.
“QTRK Vladimir”nin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, qəza 21 sentyabr səhər Vladimir – Qus-Xrustalnı – Tuma magistral yolunun 61-ci kilometrliyində baş verib. “Renault Duster” avtomobilinin sürücüsü regional marşrut avtobusuna yol verməyib və onunla toqquşub.
Julin 1999-cu ildə Çepkin adına Ali Teatr Məktəbini bitirib, 1997-2005-ci illərdə Malıy Teatrda çalışıb. Aktyor daha çox “Aleksandrovski Qarden”, “Aleksandrovski Qarden – 2”, “Marşrut”, “Odessada 3 gün” və “Beriyaya qarşı ov” seriallarında oynadığı rollarla tanınır.


Вернуться назад