Главная > Dünya > Rusiya daha 3 ölkəyə uçuşları bərpa etdi

Rusiya daha 3 ölkəyə uçuşları bərpa etdi


21-09-2020, 10:13. Разместил: azadses
Rusiya daha üç ölkə ilə uçuşlarını bərpa edib.
''Azad Səs'' PARLA-ya istinadən xəbər verir ki, Qazaxıstan (Nur-Sultan), Qırğızıstan (Bişkek) və Belarusla (Minsk) hava sərhədləri açılıb.
Bu barədə qərar Baş nazirin müavini Tatyana Qolikovanın rəhbərliyi altında yeni növ koronavirus infeksiyasının ölkəyə daxil olması və yayılmasının qarşısını almaq üçün yaradılan Əməliyyat Qərargahının toplantısında təklif edilib.
Rusiya hökuməti bundan əvvəl müvafiq sərəncam dərc etmişdi. Sənədə əsasən, bu dövlətlərin vətəndaşları və orada yaşamaq üçün icazəsi olanlara hava keçid məntəqələri ilə Rusiyaya girməyə icazə verilir. Ruslar da öz növbəsində sərbəst şəkildə bu ölkələrin hər birinə uça bilər. Yerli aviaşirkətlər hələ bu ölkələrə uçuşların başlandığını rəsmi olaraq elan etməyiblər. Bununla birlikdə, “Aeroflot”un cədvəlində Moskvadan 23 sentyabrda Bişkekə, 27 sentyabrda Nur-Sultana və 26 sentyabrda Minskə reyslər mövcuddur.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq Rusiya martın 27-dən bəri digər ölkələrlə müntəzəm və çarter uçuşlarını dayandırıb.
Daha əvvəl Türkiyə, İngiltərə, Tanzaniya, Misir, BƏƏ və Maldiv adalarına uçuşlar bərpa edilmişdi.
Bundan əlavə, 27 sentyabrdan etibarən Cənubi Koreyaya da uçuşlar bərpa ediləcək.

Вернуться назад