Главная > Dünya > ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi
ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi20-09-2020, 10:48. Разместил: azadses |
ABŞ-ın Texas ştatının Hyuston şəhərində iki azərbaycanlı koronavirusdan (COVID-19) dünyasını dəyişib. "Report"un ABŞ bürosunun məlumstına görə, bunlar Rusiya vətəndaşları, əslən Azərbaycanın Quba rayonundan olan 1960-cı il təvəllüdlü Rəsulova Ruqiyyə Ramiz qızı və onun qızı Canıyeva Ruslana Tofiq qızıdır. R.Rəsulova 10 gün əvvəl COVID-19 diaqnozu ilə klinikaya yerləşdirilib və ötən gün dünyasını dəyişib. R.Canıyeva isə iki gün əvvəl özünü pis hiss edib. Onun koronavirus testinin nəticəsi müsbət olub. R.Canıyeva bu gün vəfat edib. Hər iki azərbaycanlı xüsusi karantin qaydaları ilə Hyustonda dəfn olunacaqlar. Вернуться назад |