Главная > Dünya > Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKA


19-09-2020, 10:06. Разместил: azadses
Dünyada 30 697 734 nəfər koronavirusa yoluxub.
''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, virusdan 956 446 nəfər ölüb, 22 339 889 nəfər sağalıb.
Koronavirusun ən çox müşahidə olunduğu ölkə ABŞ (6 925 941 nəfər), Hindistan (5 308 014 nəfər), Braziliya (4 497 434 nəfər), Rusiyadır (1 091 186 nəfər).
Rusiya yoluxma sayına görə ilk onluğa daxil olan yeganə sərhəd qonşumuzdur. Bu ölkədə virusa yoluxanların 19 195 nəfəri ölüb.
Digər qonşularımızdan İranda 416 198, Türkiyədə 299 810, Ermənistanda 46 910, Gürcüstanda 3 119 nəfərdə virus qeydə alınıb.
Azərbaycanda koronavirusa yoluxan 38 894 nəfərin 36 424-ü sağalıb, 572-si ölüb.

Вернуться назад