Главная > Dünya > “Şənliyimdə 10 nəfər virusa yoluxdu, şişirdiləsi nə var?!”
“Şənliyimdə 10 nəfər virusa yoluxdu, şişirdiləsi nə var?!”16-09-2020, 11:34. Разместил: azadses |
Türkiyə gözəli Şevval Şahinin keçirdiyi şənlikdə 10 nəfər koronavirusa yoluxub. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, KİV-ə açıqlamasında iki dəfə test verdiyini, cavabın neqativ çıxdığını qeyd edib. O, sevgilisi Yiğir Marcusun isə virusa qalib gəldiyini vurğulayıb. “Təşkil etdiyim partidə 10 nəfər virusa yoluxdu. Şişirdiləsi heç nə yoxdur”,- deyə Şahin bildirib. Model sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə tənqid edilib. Müğənni Demet Akalın və aktrisa Burcu Kıratlı Şevvalı cahil adlandırıb. “Tanınmış insanlar ictimaiyyətə nümunə olmalıdır. O zaman kənara çəkilsinlər, gözə görünməsinlər. “Sadəcə 10 nəfərdə pozitiv çıxdı”- nə deməkdir? 10 nəfər azdır? Bütün günü maarifləndirirlər ki, hər şeyə diqqət edin! Cahilsiz”- deyə B. Kıratlı söyləyib. Вернуться назад |