Главная > Dünya > Alimlər koronavirusu zərərsizləşdirə biləcək dərman kəşf etdilər

Alimlər koronavirusu zərərsizləşdirə biləcək dərman kəşf etdilər


15-09-2020, 10:02. Разместил: azadses
ABŞ-ın Pittsburg Universitetinin alimləri ən aşağı dozada koronavirusu tamamilə təsirsiz hala gətirə bilən bir protein kəşf ediblər.
''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, bu, COVID-19-a qarşı Ab8 dərmanı yaratmaq üçün istifadə olunan tam uzunluqlu antikordan on qat kiçik bir protein birləşməsidir.
Bu dərman koronavirusun S zülalı ilə təmasda ola biləcək 100 milyard potensial molekulun sürətli analizi ilə aşkar edilib. Patogen bu maddə vasitəsi ilə bədənə nüfuz edə bilər. İmmunoglobulin ilə protein birləşməsindən sonra Ab8 dərmanı əmələ gəlir.
Mütəxəssislər, bu dərmanın siçanlar və siçovullar üzərində koronavirusun qarşısının alınması və müalicəsində yüksək effektivlik göstərdiyini qeyd edirlər.
Alimlər kəşf olunan maddənin toxumalarda yayılma qabiliyyətinə sahib olduğu qənaətinə gəliblər, bu da virusu zərərsizləşdirmək üçün daha yaxşı hesab edilir.
Bu vəziyyətdə, molekullar insan hüceyrələrinə bağlanmır, nəticədə mənfi yan təsirlər (ağrılar) minimuma endirilir.

Вернуться назад