Главная > Dünya > Bu ölkədə koronavirus testinin pulsuz olması tələb edildi

Bu ölkədə koronavirus testinin pulsuz olması tələb edildi


9-09-2020, 08:15. Разместил: azadses
Macarıstan müxalifət partiyaları yeni tip koronavirus testinin nəticələrinin 2 gün müddətinə aşkar edilməsi ilə əlaqədar narazılıqlarını bildiriblər.
 
''Azad Səs'' Baxar.az-a istinadən xəbər verir ki, onlar digər əksər ölkələrdə artıq bu müddətin azalmasını əsas gətirərək, 2 gün müddətini çox hesab edirlər. Siyasətçilərin fikrincə, bu cür gecikmə infeksiyanın daha çox yayılmasına köməklik edir.
 
Bu tənqiddən savayı, bir çox müxalifət liderləri ödənişli icbari dövlət tibbi sığortası olan şəxslərdən testdən keçmək üçün haqqın alınmasını ləğv etməyə çağırıblar. “Əgər məsələ cəmiyyətin təhlükəsizliyinə aiddirsə, bizim vergi ödəyicisi kasıblaşmayacaq”, - deyə onlar hesab edirlər. (publika.az)

Вернуться назад