Главная > Dünya > Oyuna görə özlərini Xəzərə atan gənclər öldü
Oyuna görə özlərini Xəzərə atan gənclər öldü7-09-2020, 16:22. Разместил: azadses |
İranda “Mavi balina” oyununun son mərhələsində özlərini Xəzər dənizinə atan dörd gəncdən üçü həyatını itirib. “HaberGlobal” məlumat verir ki, oyun vasitəsi ilə tanış olan dörd nəfər Şərqi Azərbaycan, Ərdəbil, Xuzistan və İsfəhan əyalətlərindən Mahmudabad rayonuna gələrək, özlərini Xəzər dənizinə atıblar. Onlardan yalnız birinin həyatını xilas etmək mümkün olub. “Mavi Balina” oyununa sosial şəbəkələr vasitəsi ilə qatılan oyunçulardan şiddət doğuran 50 təlimatı həyata keçirmələri tələb olunur. Son mərhələdə isə onlar hündür yerdən özlərini atmalı və ya özünü asaraq intihar etməlidirlər. Qeyd edək ki, 2016-cı ilə Rusiyada tutulan oyununun yaradıcısı Filipp Budeikin ifadəsində bildirib ki, cəmiyyətdə təmizlik aparır. Вернуться назад |