Главная > Dünya > Süleyman Soyluya görə yolun bağlandığını dedi, nazir belə cavab verdi - FOTO
Süleyman Soyluya görə yolun bağlandığını dedi, nazir belə cavab verdi - FOTO6-09-2020, 09:39. Разместил: azadses |
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun Girəsuna sel fəlakətinə görə xilasetmə işlərinin aparıldığı bölgəyə getdiyi zaman yolun bağlanması yerli sakinin etirazına səbəb olub. ''Azad Səs'' "Qafqazinfo"-ya istinadən xəbər verir ki, yerli sakinin tvitterdə "Rəzalətə bax. Nazir gəlir deyə, yol 2 saat bağlı qalacaqmış" yazmasına nazirin özü cavab verib. Belə ki, Süleyman Soyulu cavab olaraq tvitterdə bunları qeyd edib: "Gəliş-gedişim cəmi yarım saatdır. Yolda deyildik, axtarma-xilasetmə bölgəsində idik. Verdiyim narahatlığa görə üzr istəyirəm". Вернуться назад |