Главная > Dünya > Minskdə tələbələr və müəllimlər etiraz aksiyası keçirdi, saxlanılanlar var
Minskdə tələbələr və müəllimlər etiraz aksiyası keçirdi, saxlanılanlar var5-09-2020, 16:27. Разместил: azadses |
Belarusun paytaxtında Minsk Dövlət Linqvistik Universitetinin tələbə və müəllim heyətinin işitakı ilə etiraz aksiyası baş tutub. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, orada 200-ə yaxın insan iştirak edib. “Vesna” hüquq müdafiəsi mərkəzi aksiya zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən 26 tələbənin saxlanıldığını bildirib. Onlardan 25-i oğlan, 1-i isə qızdır. Qeyd edək ki, Belarusda etirazlar 9 avqustda baş tutan prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar edirlər. Вернуться назад |