Главная > Dünya > Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?
Türkiyə bu ölkəyə ordu yeridir və Su-57 alır?4-09-2020, 09:06. Разместил: azadses |
Türkiyə Aralıq dənizində hərbi cəhətdən mövqeyini daha da gücləndirəcək. ''Azad Səs'' Demokrat.az-a istinadən xəbər verir ki, bu barədə “Haber 7” nəşri məlumat yayıb. Türkiyənin həm Şimali Kiprdə, həm də Liviyada dəniz və hava bazası yaradacağı bildirilib: “PUA bazası olaraq istifadə edilən “Geçitqala”nın inkişaf etdirilməsi, Şimali Kiprə əlavə hərbi birləşmələrin və zirehli texnikanın göndərilməsi, raket sistemlərinin yerləşdirilməsi gündəmdədir. Bu müddət ərzində 42 ildir bağlı qalan Maraş da turizmə açılacaq. “İncirlik” hərbi bazasının statusu da yenidən nəzərdən keçiriləcək. Bundan başqa, Liviya ilə münasibətlər dərinləşəcək və Türkiyə bu ölkədəki hərbi fəaliyyətini artıracaq. Həmçinin, Şərqi Aralıqda yeni bölgələrdə NAVTEX vasitəsilə elan veriləcək. Bölgədə təlimlərlə birgə, qaz yataqları ilə bağlı tədqiqatlar da aparılacaq”. Nəşr yazıb ki, S-400 sistemlərinin Aralıq dənizinin şərq hissəsini əhatə edəcək formada aktivləşdirilməsi planlaşıdırılır. Bundan başqa, Rusiya ilə ikinci S-400 sistemləri ilə bağlı anlaşma da gündəmdədir. Nəşr iddia edir ki, Türkiyə Moskvadan 5-ci nəsil qırıcıları da satın ala bilər.(axar.az) Вернуться назад |