Главная > Dünya > Binəli Yıldırımla xanımı koronavirusa yoluxdu
Binəli Yıldırımla xanımı koronavirusa yoluxdu3-09-2020, 15:03. Разместил: azadses |
Türkiyənin sabiq Baş Naziri Binəli Yıldırım və həyat yoldaşı Semiha Yıldırımın koronavirus test nəticələri pozitiv çıxıb. “Qafqazinfo” “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə türkiyəli siyasətçi öz tvitter hesabında məlumat verib. “Bu səhər bədənimizin narahatlığı səbəbindən Semiha xanımla Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Müayinələr nəticəsində COVID-19 testimizin nəticəsi müsbət oldu”,-deyə B. Yıldırım qeyd edib. O, müalicəni evdə davam edəcəklərini bildirib: “Vəziyyətimiz yaxşıdır, negativ bir şey yoxdur. Həkimlərimiz prosesi evdə keçirməyimizi uyğun saydılar. Vətəndaşlarımızı TMM (təmizlik, maska, məsafə) qaydalarına riayət etməyə çağırırıq. Dua edirik, dualar gözləyirik”. Вернуться назад |