Главная > Dünya > Erməni müğənni ilə evlənən tanınmış aktyor koronavirusa tutuldu

Erməni müğənni ilə evlənən tanınmış aktyor koronavirusa tutuldu


3-09-2020, 08:43. Разместил: azadses
Amerikalı aktyor və güləşçi Dueyn Conson ailəsi ilə koronavirus xəstəliyinə tutulub.
''Azad Səs'' KONKRET.az-a istinadən xəbər verir ki, bu barədə o, İnstagram səhifəsində məlumat yayıb.
“Həyat yoldaşım Lauren, iki qızım və mən COVID-19 üçün müsbət analiz verdik” deyən aktyor hər kəsin artıq sağaldığını söyləyib.
Aktyor hamını intizamlı olmağa, immunitet sistemini gücləndirməyə, maskalar taxmağa və koronavirusdan qorunmaq üçün digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.
Dueyn Conson və gələcək həyat yoldaşı, milliyyətcə erməni olan müğənni Lauren Hashian 2007-ci ildə görüşməyə başlayıb. Cütlük 12 illik münasibətlərdən sonra evlənib.
2015-ci ilin qışında Jasmin və üç il sonra Tiana adlı qızları dünyaya gəlib.
Aktyorun ilk evliliyindən bir qızı da var.

Вернуться назад