Главная > Dünya > Ramzan Kadırov 21 yaşlı qızını yüksək vəzifəyə təyin etdi

Ramzan Kadırov 21 yaşlı qızını yüksək vəzifəyə təyin etdi


2-09-2020, 07:58. Разместил: azadses
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov 21 yaşlı qızı Ayşat Kadırovanı Mədəniyyət nazirinin birinci müavini təyin edib.
''Azad Səs'' BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Kadırov “Teleqram” kanalında məlumat verib:
“Ayşatın yeni vəzifəyə təyin olunması qəti verilmiş qərardır. Bilirəm ki, o, çeçen dəyərlərini canlandırmaq yolunun bariz tərəfdarıdır və yeni vəzifəsinə məsuliyyətlə yanaşacaq.
Əminəm ki, Ayşad qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gələcək. Onun Çeçenistan Dövlət Filarmoniyasının inkişafındakı xüsusi xidmətlərini də unutmaq olmaz. Bu yolda ona uğurlar arzulayıram”, - deyə R.Kadırov vurğulayıb.
Qeyd edək ki, Ayşat Kadırova "Firdaw” moda evinin sahibidir. 21 yaşlı Ayşat Kadırova həm də dindardı. O, Qurani-Kərim hafizidir.

Вернуться назад