Главная > Dünya > Avropaya meydan oxuyan Türkiyədən yeni qərar

Avropaya meydan oxuyan Türkiyədən yeni qərar


1-09-2020, 08:15. Разместил: azadses
Türkiyə Şərqi Aralıqda aparılan kəşfiyyat işləri ilə bağlı yeni qərarını açıqlayıb.
''Azad Səs'' Axar.az-a istinadən xəbər verir ki, Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparan Türkiyənin “Oruc Rəis” kəşfiyyat-axtarış gəmisinin bölgədəki fəaliyyət müddəti sentyabrın 12-dək uzadılıb.
Yeni NAVTEX (dənizçilərə elan) elan edilib. Elana əsasən, “Ataman” və “Çingiz Xan” gəmiləri ilə birlikdə seysmik araşdırmalar aparan “Oruc Rəis” kəşfiyyat-axtarış gəmisi daha 11 gün Şərqi Aralıqda fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, daha öncə sentyabrın 1-dək kəşfiyyat işlərinin aparılacağı bəyan edilmişdi.

Вернуться назад