Главная > Dünya > ABŞ-da koronavirusa yoluxanların sayı 6 milyonu ötdü

ABŞ-da koronavirusa yoluxanların sayı 6 milyonu ötdü


1-09-2020, 08:10. Разместил: azadses
ABŞ-da son sutka ərzində daha 37 747 nəfərdə koronavirus aşkarlanıb, 490 nəfər dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 6 210 983-ə, bu virusdan ölənlərin sayı isə 187 714-ə yüksəlib.
Bundan əlavə, indiyədək 3 452 865 nəfər sağalıb. Ölkədə 2 570 404 aktiv koronavirus xəstəsi var ki, onlardan da 15 936-nın vəziyyəti ağır qiymətləndirilir.


Вернуться назад