Главная > Dünya > "TikTok"un Amerika seqmenti üçün qiyməti açıqlandı

"TikTok"un Amerika seqmenti üçün qiyməti açıqlandı


28-08-2020, 08:02. Разместил: azadses
Çin şirkəti "ByteDance" "TikTok"un Amerika seqmenti üçün təxminən 30 milyard dollar tələb edir.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilir ki, sosial şəbəkənin bir hissəsinin potensial alıcıları hələ də yuxarıdakı qiyməti çox yüksək hesab edirlər.
"ByteDance" əsas iddiaçısını seçməyi, onunla danışıqlar aparmağı və müqaviləni bağlamağı planlaşdırır.
Çin şirkəti bütün bunları gələn həftənin əvvəlində edəcəyini gözləyir.

Вернуться назад