Главная > Dünya > Qəzzada 600 minə yaxın uşaq peyvənd ediləcək
Qəzzada 600 minə yaxın uşaq peyvənd ediləcək20-02-2025, 12:10. Разместил: azadses |
Ümumdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu poliomielit virusunun yayılması ilə əlaqədar Qəzza zolağında 600 minə yaxın uşağı peyvənd edəcək. “Report” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Qeyd olunub ki, fevralın 22-dən 26-dək 10 yaşa qədər 591 mindən çox uşaq peyvənd olunacaq. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Qəzza zolağının müxtəlif bölgələrindən götürülmüş nümunələrin 88%-də virusun mövcudluğu müəyyən edilib. Buna səbəb isə virusun dağılmış infrastruktur səbəbindən yaranan antisanitar şəraitdə sürətlə yayılmasıdır. Вернуться назад |