Главная > Dünya > Tramp ABŞ hərbçilərinin Suriyada “Əl-Qaidə”nin başçılarından birini məhv etdiyini açıqlayıb

Tramp ABŞ hərbçilərinin Suriyada “Əl-Qaidə”nin başçılarından birini məhv etdiyini açıqlayıb


18-02-2025, 17:19. Разместил: azadses
ABŞ hərbçiləri ötən həftəsonu Suriyada “Əl-Qaidə” terror qruplaşmasının başçılarından birini məhv ediblər.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.

“Son həftəsonu Amerika qoşunları Suriyada “Əl-Qaidə” üzvlərindən birinə qarşı yüksəkdəqiqlikli hava zərbəsi endiriblər. Terrorçuların başçısı bütün region boyu “Əl-Qaidə” ilə əməkdaşlıq edirdi”, – o yazıb.

Tramp həmçinin uğurlu əməliyyata görə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri Maykl Kurilla və hərbi pilotları təbrik edib.


Вернуться назад