Главная > Dünya > Rusiya Milli Qvardiyasının general-mayoru korrupsiya işi üzrə həbs edilib
Rusiya Milli Qvardiyasının general-mayoru korrupsiya işi üzrə həbs edilib18-02-2025, 09:42. Разместил: azadses |
Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) general-mayoru Konstantin Ryabıx korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həbs edilib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosqvardiya”nın mətbuat xidməti məlumat yayıb. “Bu günlərdə “Rosqvardiya”nın Baş Təhlükəsizlik İdarəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamenti ilə birlikdə qurumun departamentlərindən birinin keçmiş rəhbəri general-mayor Ryabıx həbs edilib”, – məlumatda qeyd olunub. Bildirilib ki, həbs korrupsiya təzahürlərinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib. Вернуться назад |