Главная > Dünya > ABŞ-də baş verən qəzaya görə ölkənin əsas magistrallarından biri bağlanıb
ABŞ-də baş verən qəzaya görə ölkənin əsas magistrallarından biri bağlanıb15-02-2025, 15:42. Разместил: azadses |
ABŞ-də Vayominq ştatının cənub-qərbində baş verən ağır qəza nəticəsində ən azı iki nəfər ölüb, beş nəfər ağır yaralanıb. “Report”un verdiyi məlumata görə, hadisə Svitvoter dairəsinin Qrin-River şəhəri yaxınlığında baş verib. Hadisə ABŞ-da ikinci ən uzun dövlətlərarası magistral “I-80” yolunun (təxminən 4670 km) üzərində yerləşən tunellərin birində baş verib. Yol Nyu-Cersi, Pensilvaniya, Ohayo, İndiana, İllinoys, Ayova, Nebraska, Vayominq, Yuta, Nevada, Kaliforniya ştatlarından keçir. Вернуться назад |