Главная > Dünya > Boliviyada güclü yağışlar 28 nəfərin ölümünə səbəb olub
Boliviyada güclü yağışlar 28 nəfərin ölümünə səbəb olub15-02-2025, 14:00. Разместил: azadses |
Boliviyada güclü yağışlar nəticəsində ölənlərin sayı 28-ə çatıb. “Report”un “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin mülki müdafiə nazirinin müavini Xuan Karlos Kalvimontes deyib. Onun sözlərinə görə, yağışlar ölkənin 9 departamentindən səkkizinə təsir edib: “Hazırda 27 bələdiyyədə fövqəladə vəziyyət elan edib, onlardan 22-si təbii fəlakətdən ən çox zərər çəkən La-Pas departamentindədir. Dörd nəfər hələ də itkin sayılır”. Milli Hava və Hidrologiya Xidməti yağışların aprel ayına qədər davam edəcəyini proqnozlaşdırır. Вернуться назад |