Главная > Dünya > Altayda güclü zəlzələ baş verib
Altayda güclü zəlzələ baş verib15-02-2025, 11:19. Разместил: azadses |
Altay Respublikasında (Rusiya Federasiyası) Rusiya-Monqolustan sərhədi yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib. “Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, təbiət hadisəsi yerli vaxtla saat 08:48-də (Bakı vaxtı ilə 05:48) Qoş-Ağaç kəndindən 29 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Вернуться назад |