Главная > Dünya > Kuba Müdafiə Nazirliyi: ABŞ Quantanamonu geri qaytarmalıdır

Kuba Müdafiə Nazirliyi: ABŞ Quantanamonu geri qaytarmalıdır


Dünən, 11:19. Разместил: azadses
ABŞ miqrantları Quantanamo əyalətinə göndərir, Kuba bu anklavın qaytarılmasını tələb edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyi (Müdafiə Nazirliyi) məlumat yayıb.

"ABŞ miqrantları qandallanmış şəkildə Quantanamodakı işğal olunmuş əraziyə gətirir. Ağ Ev orada 30 minə yaxın insanı həbsdə saxlamaq istəyir", - nazirliyin “X” hesabında məlumat verilib.

"Kuba bu anklavın geri qaytarılmasını tələb edir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Pentaqona və Daxili Təhlükəsizlik Nazirliyinə Amerikanın Quantanamo bazasında miqrantların müvəqqəti saxlanma mərkəzini genişləndirməyi tapşırıb. Sənədin mətninə əsasən, mərkəzdə "ABŞ-də qanunsuz yaşayan əcnəbilər arasında ən təhlükəli cinayətkarların həbs edilməsi üçün əlavə yerlər təmin edilməlidir". Bundan əvvəl Ağ Evdə çıxış edən Tramp bildirib ki, Quantanamoya 30 minə qədər qanunsuz miqrant göndərilə bilər. Göyərtəsində qanunsuz miqrantların olduğu ilk təyyarə fevralın 5-də ABŞ-nin Quantanamo hərbi bazasına enib. Kuba hakimiyyəti dəfələrlə ABŞ-nin yeni administrasiyasının bu qərarını qəbul etmədiyini vurğulayıb.


Вернуться назад