Главная > Dünya > Alyaska ştatında göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itib
Alyaska ştatında göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itibDünən, 17:20. Разместил: azadses |
Alyaska ştatının səmasında 10 nəfərin olduğu təyyarə radarlardan itib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Anchorage Daily News” qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, “Bering Air” şirkətinə məxsus təyyarə Unalakleet şəhərindən Nome şəhərinə uçurdu. Təyyarədə doqquz sərnişin və bir pilot olub. Hadisənin səbəbləri araşdırılır. Qəzetin qeyd etdiyinə görə, əlverişsiz hava şəraiti axtarış əməliyyatlarının aparılmasına mane olur. Вернуться назад |