Главная > Dünya > Avropada müdafiə sahəsində yeni strategiya hazırlanır

Avropada müdafiə sahəsində yeni strategiya hazırlanır


Dünən, 13:05. Разместил: azadses
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Avropa Komissiyasına yaxın aylarda qitənin müdafiəsinin gücləndirilməsi və bu sahədə xərclərin artırılması strategiyasını hazırlamağı tapşırıblar.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Antonio Kosta Brüsseldə qurumun qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, sənəd yaxın aylarda təqdim olunacaq və iyun ayında keçiriləcək sammitdə Aİ liderlərinin müzakirəsinə veriləcək.

"Bütün ölkələr razılaşıblar ki, müdafiəyə daha çox vəsait ayırmaq, bu vəsaitləri isə daha səmərəli xərcləmək lazımdır", - Kosta deyib.


Вернуться назад