Главная > Dünya > Almaniyanın vitse-kansleri: Avropa ABŞ-yə rüsumlarla cavab verməyə hazırdır
Almaniyanın vitse-kansleri: Avropa ABŞ-yə rüsumlarla cavab verməyə hazırdırDünən, 12:10. Разместил: azadses |
Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim mühafizəsi naziri, Yaşıllar Partiyasından kanslerliyə namizəd Robert Habek ABŞ Prezidenti Donald Trampın Kanada, Çin və Meksikadan idxal olunan mallara tətbiq etdiyi rüsumların ABŞ-də inflyasiyanın artmasına səbəb olacağını bildirib və qeyd edib ki, Avropa cavab tədbirləri görməyə hazırdır. “Report” xəbər verir ki, o, bu barədə “Kölner Stadt-Anzeiger” qəzetinin təşkil etdiyi tədbirdə deyib. "Avropalılar olaraq biz də cavab tariflərinə hazırıq", - Habek deyib. “Amerikalılar bilməlidirlər: bu, çox pis alternativdir”, - o əlavə edib. Eyni zamanda, iqtisadiyyat naziri tariflərin ABŞ-də istehlakçılar və şirkətlər də daxil olmaqla inflyasiyanın artmasına səbəb olacağını vurğulayıb. "Biz bunu amerikalılara aydınlaşdıracağıq: sizin də itirəcək bir şeyiniz var", - Habek fikirlərini yekunlaşdırıb. Öz növbəsində Almaniya kansleri Olaf Şolts da ABŞ-nin dünya ticarəti üçün tətbiq etdiyi tariflərin nəticələri barədə xəbərdarlıq edib. "Qlobal mal və xammal mübadiləsi hamımıza firavanlıq gətirən böyük uğur hekayəsidir", - o, Britaniyanın Baş naziri Kir Starmer ilə görüşdə jurnalistlərə deyib. Вернуться назад |