Главная > Dünya > Vens ABŞ-də silah tədarükü sisteminin tamamilə dağıldığını açıqlayıb
Vens ABŞ-də silah tədarükü sisteminin tamamilə dağıldığını açıqlayıbBu gün, 14:00. Разместил: azadses |
Pentaqon silah tədarükü sistemi tamamilə pozulub və yeni müdafiə şirkətlərinin və texnologiyalarının inkişafını çətinləşdirir. “Report” xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib. “Hesab edirəm ki, ölkəmizi daha təhlükəsiz etmək üçün müdafiəyə daha çox xərcləməliyik. Biz həmçinin müdafiəyə daha ağıllı xərcləməliyik. Bizim silah tədarükü prosesimiz tamamilə dağılıb”, – o söyləyib. Vitse-prezident əlavə edib ki, yeni Amerika müdafiə şirkətləri çətin vəziyyətə düşüb və texnoloji işləmələrlə məşğul olmaq onlar üçün daha çətin olub. Vensin fikrincə, bu problemi Ukrayna münaqişəsi də üzə çıxarıb. “Müasir döyüş meydanının siması dəyişib və dəyişməyə davam edəcək, Amerika bu dəyişikliklərə ayaq uydurmalıdır”, – o qeyd edib. Вернуться назад |