Главная > Dünya > Bob Menendes Baydenin imtinasından sonra Trampdan əfv gözləyir
Bob Menendes Baydenin imtinasından sonra Trampdan əfv gözləyirBu gün, 09:41. Разместил: azadses |
Keçmiş ABŞ senatoru Robert “Bob” Menendes hazırkı Prezident Cozef Baydenin əfv etməkdən imtina etməsi ilə üzləşdikdən sonra indi yeni seçilmiş prezident Donald Trampdan bağışlanma istəyir. “Report” “NBC News”a istinadən xəbər verir ki, korrupsiya ittihamı ilə məhkum edilmiş Menendes, aralarındakı siyasi düşmənçiliyə baxmayaraq, Trampın mərhəmətinə ümid edir. Nyu-Cersi ştatından olan sabiq senator Bob Menendes Prezident Cozef Baydendən dəfələrlə əfv almağa çalışsa da, bunun baş verməyəcəyinə əmin olduqdan sonra diqqətini yeni seçilmiş prezident Donald Trampa yönəldib. İyul ayında federal korrupsiya ittihamları ilə məhkum edilmiş Menendes Trampdan əfv və ya ən azından cəzasının azaldılması şansı əldə edəcəyinə ümidlidir. Menendesin problemləri 15 illik həbs cəzası ehtimalı ilə daha da ağırlaşır. “Menendes, Senatın bütün demokratları kimi, Trampın hər iki impiçment prosesində onu təqsirli hesab etmək üçün səs verib və seçilmiş prezident bunu asanlıqla unutmayacaq. Lakin müzakirələrdən xəbərdar olan iki şəxs bildirib ki, keçmiş senator ona yaxın olan şəxslərə Baydendən əfv almaqdan imtina etməyin Trampı ona əfv verməyə daha çox meyilli edə biləcəyinə işarə etmişdi”. Ötən ilin avqustunda senator vəzifəsindən istefa vermiş Menendesin hökmü yanvarın 29-da çıxarılacaq. Вернуться назад |