Главная > Dünya > NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırır
NATO 2025-ci ildə 107 təlim keçirməyi planlaşdırırDünən, 08:00. Разместил: azadses |
Şimali Atlantika Müqaviləsi Təşkilatı 2025-ci ildə 107 hərbi təlim keçirmək niyyətindədir. “Report” xəbər verir ki, bunu müttəfiqlərin Avropadakı Ali Baş Komandanı Kristofer Kavoli NATO Hərbi Komitəsinin Baş Qərargah Rəisləri iclasının yekunlarına dair mətbuat konfransında deyib. “NATO 2025-ci ildə alyansın döyüş hazırlığını artırmaq üçün 107 hərbi təlim keçirəcək”, - deyə o qeyd edib. NATO Müttəfiq Qüvvələrinin Transformasiya üzrə Ali Baş Komandanı Pyer Vandye isə bildirib ki, təşkilatın Baltikyanı ölkələrin kritik enerji infrastrukturunu qorumaq üçün yeni missiyası iki həftədən az müddətdə fəaliyyətə başlayacaq. Вернуться назад |