Главная > Dünya > Almaniyada hovuzda 20-yə yaxın adam xlordan zəhərlənib

Almaniyada hovuzda 20-yə yaxın adam xlordan zəhərlənib


16-01-2025, 14:00. Разместил: azadses
Almaniyanın Ştrausberq şəhərində üzgüçülük hovuzlarından birində aralarında bir neçə məktəbli də olmaqla 18 nəfər xlordan zəhərlənib.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Hadisə yanvarın 15-də günorta saatlarında baş verib. Hovuzdan istifadə edənlər ürəkbulanma və tənəffüs problemlərindən şikayətlənirdilər. Qızlardan biri helikopterlə Berlin xəstəxanasına aparılıb, onun vəziyyəti ağırdır.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı cinayət işi açıb. Xlor sızmasının səbəbi araşdırılır.


Вернуться назад