Главная > Dünya > Fici sahillərində 5,3 maqnitudada zəlzələ baş verib
Fici sahillərində 5,3 maqnitudada zəlzələ baş verib13-01-2025, 15:44. Разместил: azadses |
Fici arxipelaqının qərb hissəsində 5,3 maqnitudada zəlzələ qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Avstraliyanın Dövlət Geoloji Xidməti məlumat yayıb. Təbii hadisənin episentri 2 000-dən çox insanın yaşadığı Lakeba adasından 30 km cənub-şərqdə, zəlzələ ocağı təxminən 600 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Вернуться назад |