Главная > Dünya > Hakan Fidandan Suriyadakı terrorçulara hərbi əməliyyatlarla bağlı xəbərdarlıq
Hakan Fidandan Suriyadakı terrorçulara hərbi əməliyyatlarla bağlı xəbərdarlıq8-01-2025, 13:08. Разместил: azadses |
Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyadakı PKK, YPG terrorçularına xəbərdarlıq edib. "Report" xəbər verir ki, o, bu barədə "CNN Türk"-ə müsahibəsində deyib. Nazir söyləyib ki, terrorçular Suriyanı tərk etməlidir. O bildirib ki, terrorçular Suriya, İraq üçün təhdiddir. Diplomatın sözlərinə görə, Türkiyə terrorçuların ərazini tərk etməsi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib: "Əgər terrorçular ölkəni tərk etməsələr, hərbi əməliyyata başlaya bilərik". Вернуться назад |