Главная > Dünya > Trüdo Trampa qarşı çıxıb: Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq
Trüdo Trampa qarşı çıxıb: Kanada heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacaq8-01-2025, 11:26. Разместил: azadses |
Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını deyib. "Report"un məlumatına görə, bu barədə Kanada hökumətinin başçısı “X” sosial şəbəkəsində yazıb. “Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı zərrə qədər də yoxdur”, - paylaşımda qeyd edilir. Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından faydalanır. Bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, bir çox kanadalılar ölkələrinin Birləşmiş Ştatların 51-ci ştatı olmasını dəstəkləyirlər. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq. Вернуться назад |