Главная > Dünya > Meksikada bara hücum nəticəsində 5 nəfər ölüb
Meksikada bara hücum nəticəsində 5 nəfər ölüb6-01-2025, 09:42. Разместил: azadses |
Meksikanın cənub-şərqində Vilyaermosa şəhərində (Tabasko ştatı) bara naməlum şəxslərin hücumu nəticəsində 5 nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə ştat hökumətinin mətbuat katibi Fernando Vaskes Rosasa məlumat yayıb. Onun sözlərinə görə, dövlət və federal hüquq-mühafizə orqanları Tamulte məhəlləsindəki barda 5 nəfərin qətlinə görə məsuliyyət daşıyanların tapılması üçün əməliyyata başlayıb. İlkin məlumatlara görə, hücum nəticəsində 7 nəfər yaralanıb və onlara artıq tibbi yardım göstərilib. Hadisənin baş verdiyi ərazi nəzarətə götürülüb, Baş Prokurorluq tərəfindən müvafiq araşdırmaların aparılması üçün tədbirlər görülür. Вернуться назад |