Главная > Dünya > NATO-nun Baş katibi və Britaniyanın Baş naziri Aİ-nin fövqəladə sammitinə dəvət olunub
NATO-nun Baş katibi və Britaniyanın Baş naziri Aİ-nin fövqəladə sammitinə dəvət olunub4-01-2025, 09:44. Разместил: azadses |
NATO-nun baş katibi Mark Rutte və Böyük Britaniyanın Baş naziri Kir Starmer fevralın 3-də hərbi məsələlərlə bağlı Avropa İttifaqının fövqəladə sammitinə dəvət olunublar. “Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koşta bildirib. “Biz müdafiəyə Aİ-ni daha güclü, dayanıqlı etmək və investisiyaları artırmaq üçün strateji prioritet kimi baxmalıyıq. Ona görə də fevralın əvvəlində NATO-nun baş katibi və Böyük Britaniyanın baş nazirinin dəvət ediləcəyi müdafiəyə həsr olunmuş xüsusi sammiti çağırmaq qərarına gəldim”, - Kosta bildirib. O vurğulayıb ki, bu sammitdə bütün Aİ ölkələrinin hərbi xərclərinin artırılması və NATO çərçivəsində tərəfdaşlar arasında hərbi sahədə əlaqələr müzakirə olunacaq: “Avropa İttifaqının hərbiləşdirilməsi səyləri Ukraynanı dəstəkləməyə və onu silahla təmin etməyə yönəlməlidir. Bu bizə ədalətli bir sülh qazanmağa imkan verəcək”. Вернуться назад |