Главная > Dünya > Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ olub

Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ olub


28-12-2024, 10:31. Разместил: azadses
Filippin sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri 30 min insanın yaşadığı Dapa bələdiyyəsindən (Siarqao adası) 8,8 km cənub-şərqdə, ocağı 41 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.

Sunami təhlükəsi elan edilməyib.


Вернуться назад