Главная > Dünya > Argentinada 5,8 maqnitudalı zəlzələ baş verib
Argentinada 5,8 maqnitudalı zəlzələ baş verib25-12-2024, 14:05. Разместил: azadses |
Argentinanın şimal-qərbindəki Katamarka əyalətində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb. "Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb. Məlumata görə, yeraltı təkanların episentri 14,5 minə yaxın insanın yaşadığı Tinoqasta şəhərindən 46 km cənub-şərqdə, zəlzələ ocağı 131 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilmir. Вернуться назад |