Главная > Dünya > Mozambikdə seçkilərin nəticələrinin açıqlanmasından sonra azı 21 nəfər ölüb
Mozambikdə seçkilərin nəticələrinin açıqlanmasından sonra azı 21 nəfər ölüb25-12-2024, 09:44. Разместил: azadses |
Mozambikdə Konstitusiya Şurasının oktyabrın 9-da keçirilən ümumi seçkilərin yekun nəticələrini elan etməsindən sonra 24 saat ərzində baş verən iğtişaşlarda azı 21 nəfər ölüb. “Report” “Verdade” portalına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Paşkual Ronda bildirib. “Konstitusiya Şurası seçkilərin yekun nəticələrini elan etdikdən sonra prezidentliyə namizəd Venansio Mondleynin başçılıq etdiyi müxalifət azı 21 nəfərin öldüyü iğtişaşlar təşkil edib”, - məlumatda deyilir. Nazir ölkənin şimalındakı Kabo Delqado əyalətində müxalifətin terrorçularla birgə fəaliyyət göstərdiyini güman edir. Вернуться назад |