Главная > Dünya > Rumıniya parlamenti yeni hökumətin tərkibini və proqramını təsdiqləyib

Rumıniya parlamenti yeni hökumətin tərkibini və proqramını təsdiqləyib


24-12-2024, 08:55. Разместил: azadses
Rumıniya parlamenti sosial-demokrat Marçel Çolakunun rəhbərlik etdiyi ölkənin yeni hökumətinin tərkibini və proqramını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Agerpres” agentliyi məlumat yayıb.

Məlumata görə, yeni kabinetin təsdiqlənməsi üçün 240 parlament üzvü lehinə, 143 nəfər əleyhinə səs verib. Minimum tələb olunan səs sayı 233-dür.

Qeyd olunub ki, kabinet Sosial Demokrat Partiyası (SDP), Milli Liberal Partiyası (MLP), Rumıniya Macarlarının Demokratik İttifaqı (RMDİ) və milli azlıqların parlament fraksiyasından ibarət olan parlament çoxluğunun avropayönümlü koalisiyası tərəfindən formalaşdırılıb.

“Bu kabinetin əsas məqsədi prezident seçkilərinin tam təhlükəsizlik və şəffaflıq şəraitində tez təşkil edilməsidir. Rumıniyalılar prezidenti normal şəraitdə seçməlidirlər, Rumıniyanın düşmənləri tərəfindən ölkə xaricində qurulmuş hibrid reallıqda yox”, – Çolaku parlamentdəki çıxışında vurğulayıb.

Təyin edilmiş baş nazir öz kabinetinin “islahatlar və yatırımlar hökuməti” olacağını söyləyib, dövlət xərclərini azaldacağını, sahibkarları dəstəkləyəcəyini və sosial sahəyə sərmayələri artıracağını vəd edib.

Agentliyin məlumatına görə, koalisiya kabinetində mövcud 18 nazirlik əvəzinə 16 nazirlik olacaq, SDP 8 nazirlik, MLP 6 nazirlik, RMDİ isə 2 nazirlik alacaq. Beləliklə, sosial-demokratlardan müdafiə naziri Angel Tılver və nəqliyyat naziri Sorin Qrindyanu öz vəzifələrini saxlayıblar, ədliyyə naziri vəzifəsinə deputat Radu Marinesku təyin edilib. Liberal Ketelin Predoyu daxili işlər naziri və Sebastian Burduja energetika naziri vəzifələrində qalıblar.

RMDİ-dən Barna Tantsoş maliyyə naziri, 69 yaşlı publisist və politoloq Emil Hurezyanu isə xarici işlər naziri təyin edilib.

Daha sonra vəzifəyə təsdiq edilmiş nazirlər Rumıniya Prezidentinə and içəcəklər.


Вернуться назад