Главная > Dünya > Fitso: Zelenski Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün 500 milyon avro təklif edib
Fitso: Zelenski Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün 500 milyon avro təklif edib21-12-2024, 08:00. Разместил: azadses |
Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün Brüsseldə danışıqlar zamanı ona Rusiya aktivlərindən 500 milyon avro təklif edib. “Report” xəbər verir ki, Baş nazir Zelenskinin təklifini qəbul etmədiyini vurğulayıb: “Zelenski danışıqlar zamanı qaz mövzusuna qayıtdı. O, mənə Rusiyanın 500 milyon avroluq aktivini versə, Ukraynanın NATO-ya üzvlüyünə səs verib-verməyəcəyimi soruşdu. Təbii ki, mən ona cavab verdim: heç vaxt”. Robert Fitso Ukraynanın NATO-ya üzv olmaq üçün dəvət almasını tamamilə qeyri-real hesab edir. Slovakiyanın baş naziri dəfələrlə bəyan edib ki, o, heç vaxt Ukraynanın alyansa daxil olmasını dəstəkləməyəcək. Вернуться назад |