Главная > Dünya > ABŞ doqquz neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil edib
ABŞ doqquz neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil edib20-12-2024, 08:00. Разместил: azadses |
ABŞ İranla əlaqəyə görə 9 şirkəti və eynisayda neft tankerinə sanksiya tətbiq edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir. Sözügedən şirkətlər İranın neft və neft-kimya məhsullarının ticarəti ilə məşğul olub. Maliyyə Nazirliyinin məlumatına görə, bu ticarətdən əldə olunan gəlirlər İranın nüvə proqramına, ballistik raketlərin yayılmasına dəstək verir. Вернуться назад |