Главная > Dünya > Kamçatkada An-2 təyyarəsi radarlardan itib
Kamçatkada An-2 təyyarəsi radarlardan itib19-12-2024, 14:00. Разместил: azadses |
Rusiyanın Kamçatka diyarında yükdaşıma həyata keçirən An-2 təyyarəsi radarlardan yoxa çıxıb. “Report” yerli “Kamçatskoye vremya” agentliyinə istinadən xəbər verir ki, bunu regionun fövqəladə hallar naziri Sergey Lebedev açıqlayıb. “Hadisə var. An-2 yük daşıyan kommersiya təyyarəsi itib. İstiqamət Milkovo – Ossora olub. İlkin məlumata görə, təyyarədə sərnişin yoxdur və qəza sensoru işə düşüb”, – nazir bildirib. Agentlik qeyd edib ki, An-2 təyyarəsində üç ekipaj üzvü var. Təyyarə qızıl hasilatı müəssisələrindən biri üçün yük daşıyırdı. Вернуться назад |