Главная > Dünya > Slovakiya Ukraynaya minatəmizləmə sistemləri göndərəcək

Slovakiya Ukraynaya minatəmizləmə sistemləri göndərəcək


19-12-2024, 11:20. Разместил: azadses
Slovakiya hökuməti Ukraynaya növbəti humanitar texniki yardım partiyasının göndərilməsini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə TASR informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, Ukraynaya beş ədəd BOZENA minatəmizləmə sistemi və ehtiyat hissələri ilə birlikdə iki ədəd toksik kimyəvi maddələrin məsafədən aşkarlanması cihazı veriləcək.

Agentliyin məlumatına görə, bu texniki yardım partiyasının çatdırılması bu ilin dekabrından 2025-ci ilin mayına qədər həyata keçiriləcək.


Вернуться назад