Главная > Dünya > NATO-nun baş katibi Ukraynadakı münaqişədə ölənlərin sayını açıqlayıb

NATO-nun baş katibi Ukraynadakı münaqişədə ölənlərin sayını açıqlayıb


13-12-2024, 17:12. Разместил: azadses
“Ukraynadakı münaqişə zamanı ən azı 1 milyon insan ölüb və ya yaralanıb”.

“Report” xəbər verir ki, bu barədə Brüsseldə keçirilən konfransda çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte bildirib.

“Hər gün bu münaqişə daha çox dağıntı və ölüm gətirir. Ukraynada hər həftə hər tərəfdən 10 mindən çox insan ölür və ya yaralanır. 2022-ci ilin fevralından bəri 1 milyondan çox qurban var ”, - deyə o qeyd edib.

O, həmçinin bildirib ki, alyansın fəaliyyət göstərmədiyi bir çox hallar olub.


Вернуться назад