Главная > Dünya > ABŞ Gürcüstanda 20-yə yaxın şəxsə qarşı viza məhdudiyyətləri tətbiq edəcək

ABŞ Gürcüstanda 20-yə yaxın şəxsə qarşı viza məhdudiyyətləri tətbiq edəcək


13-12-2024, 16:19. Разместил: azadses
ABŞ hakimiyyəti Gürcüstanda 20-yə yaxın şəxsə “demokratik normaları pozduqları” üçün viza məhdudiyyəti tətbiq edəcək.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı yazılı açıqlamada deyilir.

Qeyd olunub ki, viza məhdudiyyəti Gürcüstan hökumətində nazir vəzifələrində çalışanlar, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşları, habelə ayrı-ayrı şəxslərə şamil olunacaq. Açıqlamada şəxslərin adları və vəzifəsi göstərilməyib.

Bəyanatda deyilib ki, Amerika Birləşmiş Ştatları sanksiyalar da daxil olmaqla əlavə tədbirlər də hazırlayır. Departament aydınlaşdırıb ki, əvvəllər Amerika tərəfi artıq 100-dən çox insanı əhatə edən məhdudiyyətlər tətbiq edib. Bunlar “Gürcü Arzusu” partiyası ilə əlaqəli insanlar, eləcə də onların ailə üzvləridir.


Вернуться назад